“Xəzər Lənkəran” qış fasiləsində ilk transferini reallaşdırıb.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, uzun müddətdir adı “Xəzər Lənkəran”la hallanan “Neftçi”nin futbolçusu Slavik Alxasov “ağ-yaşıllar”la anlaşıb. Bu mövsüm icarə əsasında “Sumqayıt”da çıxış edən oyunçunun Lənkəran klubu ilə neçə illik müqavilə imzalayacağını nə qədər çalışsaq da, öyrənə bilmədik.
Qeyd edək ki, Slavik Alxasov U-21 millimizin üzvüdür.