19 Fevral 2025
Kateqoriyasız

“Xəzər Lənkəran” növbəti qələbəsini qazandı

Sloveniyada təlim-məşq toplantısında olan "Xəzər Lənkəran" bu gün növbəti yoxlama matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun bu ölkədəki sonuncu sınaqçı rəqibi  Rusiya Premyer Liqasına yenicə vəsiqə qazanmış “Arsenal” olacaq.

Xatırladaq ki, "ağ-yaşıllar"ı bundan öncəki üç yoxlama görüşünün heç birində məğlub olmayıb. 

Yoxlama oyunu

27 iyul
 Xəzər Lənkəran – Arsenal 2:1

Qollar: Bazanov , 32 (Arsenal) ; Qalin İvanov, 34(Xəzər Lənkəran) ; Mbila Etame ,78(Xəzər Lənkəran)
Start heyətləri:


"Xəzər Lənkəran": Orxan, Vanderson, Tyeqo, Skarlatake, Rahid; Elnur Abd., Alfred Sanko, İvanov, Blajevski, Rəşad, Nildo.
Baş məşqçi: Oğuz Çetin
"Arsenal" (Tula): Filimonov, Yerşov, Lepskiy, Osipov, Rıjkov; Kaleşin, Kascelan, İqnatyev, Kuznetsov, Bazanov, Vasilyev; Maloyan.
Baş məşqçi: Dmitriy Aleniçev

Qeyd edək ki, oyunun canlı yayımlanmamasının səbəbi stadionda lazımı şəraitin olmamasıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43