Adrian Skarlatakenin “Xəzər Lənkəran”da qalıb-qalmayacağına aydınlıq gəlib.
İdmanxeber.com-un məlumatına görə, rumıniyalı futbolçu cənub klubundan ayrılmaq qərarına gəlib.
Skarlatake bildirib ki, yaxın 2-3 gün ərzində klubla olan müqaviləsinə qarşılıqlı olaraq xitam veriləcək və komandanı tərk edəcək.
Qeyd edək ki, qış fasiləsində Tural Cəlilov və Rahid Əmirquliyevin də komandadan ayrılacağı gözlənilir.