Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulacaq.
İdmanxeber.com-un məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
İlk öncə Sumqayıtda yerli "Sumqayıt" klubu "Neftçi"ni qonaq edəcək.
Günün son qarşılaşmasında isə "Rəvan" "Xəzər Lənkəran"la üz-üzə gələcək.
2 noyabr (bazar ertəsi)
Azərbaycan Premyer Liqası, XI tur
19:00. “Sumqayıt” – “Neftçi” – 1:2
Qol: Pamuk 7, Muradbəyli 72, Qurbanov 77.
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, Ramil Diniyev Mehdi Hüseynzadə adına şəhər stadionu
21:00. “Rəvan” – “Xəzər Lənkəran” – 0:1
Qol: Cəfərov 79.
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
“Bayıl Arena”