Bu bazar “Xəzər Lənkəran” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Lənkəranda keçirilən son oyunların statistikası ürək açmır, odur ki, ev sahibi üçün bu qarşılaşmada uğur qazanmaq olduqca vacibdir. Matç üçün bəzi statistik göstəricilərə nəzər salaq.
20-ci görüş
![](http://lankaranfc.com/files/04_1.jpg)
“Qəbələ”yə qarşı ev oyunlarında Lənkəran təmsilçisi üstünlüyü bu rəqəmlərdə əksini tapır: 9 oyun – 6 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət. Doğma meydanda keçirilən bu oyunlarda 17 qol vuran lənkəranlılar qapısında 7 top görüb.
12.03.2010 “Xəzər Lənkəran” 4:1 “Qəbələ”
Oyunçular
Junior Nildo və Vanderson Skarduelli artıq tam gücləri ilə komanda ilə birlikdə məşq edirlər. Zohair Benuahi və Rasim Ramaldanov isə fərdi şəkildə məşğul olurlar.
Tarixə baxış.
23.09.2011. Həmin qoldan iki il sonra bu komandaların Lənkəranda keçirdiyi digər oyunda yenə də Rahid sağ cinahla sürət yığdı, amma bu dəfə topu mərkəzə ötürdü. Bu oyunda “Xəzər Lənkəran”a üç xalı Elnur Abdullayevin qolu bəxş etdi – 2:1.
Əlamətdar məqamlar
![](http://lankaranfc.com/files/img_15_big.jpg)
30.09.2007 “Xəzər Lənkəran”ın heyətində ilk mövsümünü keçirən
Radomir Todorov “Qəbələ”yə qarşı oyunda (2:1).
Bu həftə “Xəzər Lənkəran”ın futbolçularından biri ad gününü qeyd etdi. İspaniyalı Eduard Oriolunçərşənbə axşamı 26 yaşı tamam oldu.
Matç
10 noyabr,
“Xəzər Lənkəran” – “Qəbələ”. 17:00,
Lənkəran Mərkəzi Stadionu
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.