Azərbaycan Premyer Liqasının XI turunda “Simurq” klubunu qonaq edəcək “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlara başlayıb.
İdmanxeber.com-un məlumatına görə, Cənub təmsilçisinin futbolçuları Lənkərana çatdıqdan iki saat sonra məşqə çıxıblar. Yol yorğunluğunu nəzərə alan məşqçilər korpusu hazırlıq prossesinin nisbətən yüngül keçməsinə çalışıb. Ardından futbolçulara bir gün sonra keçiriləcək oyunöncəsi son məşqə qədər istirahət verilib.
Qeyd edək ki, komandaya dəstək nümayiş etdirmək istəyində olan klub rəhbərliyi də tam heyətlə Lənkərana yollanıb.