Kateqoriyasız

“Xəzər Lənkəran” rəhbərliyindən rəqibinə böyük diqqət

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündə “Araz Naxçıvan” klubunu qəbul edəcək “Xəzər Lənkəran”ın rəhbərliyi rəqibi təbrik edib.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “ağ-yaşıllar” “Araz Naxçıvan”ın məskunlaşdığı “Qala” otelində olublar. Naxçıvan klubunu ziyarət edən cənublular onlara müxtəlif bayram sovqatlarının, eləcə də Lənkəran mətbəxinin ləziz təamlarından toplandığı xonça təqdim edərək, İlaxır çərşənbə münasibətilə təbrik ediblər.

Qeyd edək ki, matçdan dərhal sonra “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov “Palmalife” otelində “Araz Naxçıvan” klubunun üzvlərinə axşam ziyafəti verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43