“Xəzər Lənkəran”da 5 istefa birdən reallaşıb.
İdmanxeber.com-un məlumatına görə, İclasda aşağıdakı qәrarlar qәbul olunub: komandanın rәisi Sәmәd Mustafayev, onun kömәkçisi Qulam Quliyev, menecer Mario Souza vəzifələrindən azad ediliblər, komandanın hücumçusu Mbilla Etame isə klubdan göndərilib.
Bundan əlavə U-19 komandasının baş mәşqçisi Emin Quliyev vәzifәsindən azad edilib.
“Xəzər Lənkəran” klubu komandadan ayrılanların hamısına gələcək işlərində uğurlar arzulayıb.