“İstər Toşak, istərsə də klub rəhbərliyi dünənki oyundan razı qaldı. Biz oynadıq, “İnter” qalib gəldi. Bəxtimiz gətirmədi”.
Bu sözləri idmanxeber.com-a açıəqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Klub rəsmisi bildirib ki, 2 qələbədən sonra alınan bu yenilgiylə bağlı verilə biləcək hər hansı bir cəzaya Toşak qərar verəcək:
“Düzdü sonucda məğlub olduq. Toşak qərar verəcək ki, futbolçular cəzalanmalıdı, ya yox”.