Mətbuatda dolaşan xəbərlərə görə, “Xəzər Lənkəran”ın braziliyalı qapıçısı Duqlas Leytenin müqaviləsi ayın 21-i bitəcək və o, ölkəsinin “Quarani” klubu ilə müqavilə imzalayacaq.
Bu məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi idmanxeber.com-a açıqlamasında bunları dedi:
“Leytenin müqaviləsi bu ayın axırı bitəcək. Onunla müqavilənin uzadılıb-uzadılmayacağı hələki məlum deyil”.