Ölkə futbolu

“Xəzər Lənkəran” ruslara qalib gəldi

Rusiyanın Krımsk şəhərində təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran”ın əvəzedici komandası artıq 2 yoxlama oyunu keçirib.

“Ağ-yaşıllar” ın ilk rəqibi “Fakel” (Voronej) komandasının əvəzedici komandası olub.

Oyun 1:1 hesabı ilə yekunlaşıb, “Xəzər Lənkəran”ın heyətində Bəhruz Teymurov fərqlənib. İkinci oyun isə Rusiyada 2013-cü il Spartakiadasının qalibi olan Krasnodar diyarının gənclərdən ibarət yığmasına qarşı keçirilib. Görüş cənubluların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Qələbə qolunun müəllifi isə Cavid Bağırov olub.

Qeyd edək ki, Elbrus Məmmədovun yetirmələri növbəti oyununu sabah keçiriəcək. Rəqib isə Krasnodarın “Kuban” klubunun əvəzedici heyətidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43