Ölkə futbolu

“Xəzər Lənkəran” səs-küylü transferini qovdu

“Xəzər Lənkəran” daha bir futbolçusu ilə yoları ayırıb.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, Elias Ribeyro komandadan uzaqlaşdırılıb. 

2015-ci ilin sonuna kimi Cənub klubu ilə müqaviləsinin olmasına baxmayaraq, böyük ümidlərlə od qiymətinə transfer olunan braziliyalı futbolçuya özünə yeni klub tapmaq tapşırığı verilib.

Qeyd edək ki, Cənub komandası buna kimi legionerlərdən Deyvid Sakkoni, Alvaro Silva, Adrian Pit, Nikola Qliqorov və Zohair Benuahi ilə yolları ayırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43