Ölkə futbolu

“Xəzər Lənkəran” Skarlatake ilə müqavilə uzatdı – RƏSMİ

“Xəzər Lənkəran” Futbol Klubu və rumın futbolçu Adrian Manuel Skarlatake arasında mövcud olan müqavilənin uzadılması barədə razılıq əldə olunub. Yeni imzalanan müqavilə 2015/2016 mövsümünün sonuna kimi nəzərdə tutulub.

2011-ci ilin fevralında “Xəzər Lənkəran”da debüt edən 27 yaşlı Skarlatake komandanın heyətində bu günə kimi 78 oyun keçirib və 10 qol vurub.(klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43