Zədəliləri ilə başı dərddə olan "Xəzər Lənkəran"ın dərdinin üstünə daha biri gəlib.
İdmanxeber.com-un məlumatına görə, Cənub təmsilçisinin futbolçusu Qalin İvanov icazəsi olmadan komandanın düşərgəsini tərk edib.
Məlum olmayan səbəbdən Azərbaycanı tərk edən bolqar futbolçunun vətəninə yollandığı bildirilir.
Hazırda klub rəhbərliyi bu məsələni araşdırır.