Ölkə futbolu

“Xəzər Lənkəran” üçün…

Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq “Sumqayıt” bir günlük istirahətin ardından məşqlərə start verib. Komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında bu gün yeni kompleksdə növbəti məşqini keçirib.

Zədəli olan Ruslan Qurbanov Vurğun Hüseynov və Orxan Əliyev hazırlığa qatılmayıb. Zədəsini sağaltmış qapıçı Tərlan Əhmədli isə artıq kollektivlə birgə məşqlərə başlayıb. Komanda məşqi ikitərəfli oyunla yekunlaşdırıb.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Sumqayıt” oyunu dekabrın 20-də Lənkəran şəhər stadionunda baş tutacaq və saat 15:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43