30 Oktyabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” üçün tarixi qərar

“Xəzər Lənkəran” Avropa Klublar Assosiasiyasına (ECA) üzv qəbul olunub. 

Bu barədə ECA-nın İsveçrənin Cenevrə şəhərində keçirilən 11-ci Baş Assambleyasında qərar qəbul edilib.

 

Karl-Haynts Rummeniggenin növbəti 2 il müddətinə sədr seçildiyi toplantıda Azərbaycan təmsilçisindən əlavə, İspaniyanın “Atletik” və “Real Sosyedad”, Finlandiyanın TPS və “İnter” (Turku), Yunanıstanın “Atromitos”, Macarıstanın “Honved” və “Videoton”, İrlandiyanın “Şemrok Rovers”, İslandiyanın “Reykyavik”, İsrailin “Makkabi” (Təl-Əviv), İtaliyanın “Udineze”, Qazaxıstanın “İrtış” və “Şaxtyor”, Şimali İrlandiyanın “Krusaders”, Norveçin “Molde”, Rumıniyanın “Vasluy”, Şotlandiyanın “Mozervell” və Sloveniyanın “Olimpiya” klubları da quruma üzv seçiliblər. Bununla da ECA üzvlərinin sayı 214-ə çatıb. Üzvlərdən 105-i fövqəladə, 109-u isə assosiativdir. Onlar 2015-ci ilədək fəaliyyətdə olacaqlar.

 

Qeyd edək ki, hazırda Azərbaycan klublarından 4-ü ECA üzvüdür. Daha öncə “Neftçi”, AZAL və “Bakı” da bu siyahıya daxil edilib. “Neftçi” digər klublarımızdan fərqli olaraq, fövqəladə üzv statusuna malikdir.

Lent.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43