27 Fevral 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” üsyan edir: “Kim durub bu adamın arxasında?”

Bu gün keçirilən “Bakı” – “Xəzər Lənkəran” matçında qonaqların əleyhinə iki penalti təyin edən Ramil Diniyev Cənub klubunn qınaq obyekti olub.

İdmanxeber.com-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu baş hakimin yerli-yersiz təyin etdiyi penaltilərdən danışıb:

Hələ fasilədə məşqçilərimiz Rasim Ramaldanov və Orxan Sadıqlıya deyiblər ki,ehtiyatlı olun qurama penaltilər təyin oluna bilər. Çünki, keçmiş hakim, hazırda “Bakı” klubunda çalışan İlham Əliyevin hakimlər otağından çıxdığını görmüşdük. İkinci penaltini lap elə kənara qoyuram birinci penalti epizodunda hansı əsasla penalti təyin oldunduğunu bu ölkədə kim bizə sübut edə bilər? Bu qədər gülünc qərar yalnız bizim çempionatda verilə bilər. Ramil Diniyev iki il öncə Qəbələdə “Qəbələ”-“Neftçı” oyununda qonaqların xeyrinə verdiyi gülməli penalti ilə sübut etmişdi ki, heç məhəllə çempionatında idarəçilik etməyə layiq deyil. Amma bu gün yenə iş başındadır. Kim durub bu adamın arxasında? Qapı arxasında olan  FİFA referimiz Rəhim Həsənov da o epizodu görmədi? Mən hələ Superkubok oyunundan öncə Xəqani Məmmədova demişdim ki, Rəhim Həsənovdan hakim olmayacaq. Əgər Xəqani müəllim əksini düşünürsə olsun.  Hər nə isə “Xəzər Lənkəran”ın üç xalını Ramil Diniyev başda olmaqla hakimlər briqadası oğurlayıb apardı. Ramin Musayev nə düşünür,Xəqani Məmmədov oğruları cəzalandıracaqmı? Bax,bunu bilmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43