Ölkə futbolu

“Xəzər Lənkəran” və “Neftçi”ni üz-üzə gətirəcək növbəti oyun: az qaldı…

"Xəzər Lənkəran" və "Neftçi" arasında keçirilməli olan Superkubok oyunun yeri və tarixi məlum deyil.

Ancaq sözügedən oyun üçün PFL başqanı Ramin Musayev yaxın günlərdə hər iki klubla danışıqlara başlayacaq. Bu barədə qurum başçısı özü məlumat verib. Bundan sonra iki prinsipial rəqiblərin növbəti duelinin harda və nə vaxt keçiriləcəyinə aydınlıq gələcək.

Xatırladaq ki, Superkubokun Türkiyədə keçirilməsi gündəmdədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43