“Rəvan”dan ayrılan Rəşad Abdullayevin yeni klubu müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, futbolçu AZAL-a keçib. O, yeni klubu ilə 1.5 illik müqavilə imzalayıb. Bundan əlavə, Abdullayev müqavilə ilə məxsus olduğu “Bakı” ilə də sözləşməsini pozub.
Qeyd edək ki, Rəşad əvvəllər “Xəzər Universiteti”, “Xəzər Lənkəran”, “Neftçi” və “Qəbələ”də çıxış edib.