"Xəzər Lənkəran"ın baş məşqçisi təyin olunması gözlənilən Mustafa Dənizlinin AZAL-la oyunu izlədikdən sonra Türkiyəyə geri döndüyü barədə xəbər yayılmışdı.
Bunu aydınlaşdırmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi idmanxeber.com-a açıqlamasında bildirdi ki, Dənizli ölkəni tərk etməyib və sabah rəsmi müqaviləyə qol çəkəcək.