“Xəzər Lənkəran” klubunun Rusiya “Terek”indən Maqomed Mitrişevi transfer edəcəyi ilə bağlı yayılan xəbərlərə klubdan münasibət gəlib.
“Ağ-yaşıllar”ın rəsmisi Hüseyn Cəbrayıloğlunun idmanxeber.com saytına verdiyi açıqlamada bu futbolçunun adını ilk dəfə eşitdiyini və bunun yalan informasiya olduğunu bildirib:
“İlk dəfə olaraq sizdən eşidirəm. Bu yalan məlumatdı”.
Qeyd edək ki, Mitrişev həm də Rusiyanın U-21 yığmasının futbolçusudu.