Ölkə futbolu

“Xəzər Lənkəran” yenə məğlub oldu

Hazırda Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün növbəti yoxlama matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Lənkəran təmsilçisi bu dəfə Rumıniyanın ”Universitatya” klubu ilə üz-üzə gələcək.

Elburus Məmmədovun komandasının bu sınaq matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xatırladaq ki, “Xəzər Lənkəran” ilk yoxlama oyununda “Təkirdağspor”la 2:2 hesablı heç-heçə edib. İkinci oyunda Almaniya III Bundesliqa təmsilçisi “Kemnitser”ə uduzan (0:2) cənub təmsilçisi üçüncü matçında Ukrayna “Metallurq”una məğlub olub – 1:2.

21 yanvar

Yoxlama oyunu

19:00.“Xəzər Lənkəran” (Azərbaycan) – "Universitatya” (Rumıniya) 0:3

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43