Azərbaycan Premyer Liqasında V tur həyəcanı davam edir.
Üçüncü oyun günündə də bir qarşılaşma keçiriləcək.
Günün yeganə oyunu Lənkəranda, yerli "Xəzər Lənkəran"la "Bakı" arasında baş tutacaq.
Turnir cədvəlinin son pilləsində qərarlaşan Cənub klubu mövsümün ilk qələbəsini qazanmaq üçün meydana çıxacaqsa, son turlarda qələbələri darmadağınla sıralayan "Bakı" növbəti 3 xalını qazanmağa çalışacaq.
14 sentyabr (şənbə)
19:00. “Xəzər Lənkəran” – “Bakı” 2:1
QOLLAR: M.Kalonas, 7, Mbilla, 27, 47
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Elşən Acalov, Teymur Fərhadov
Lənkəran şəhər stadionu.