Ölkə futbolu

“Xəzər Lənkəran” yeni transferinə qovuşdu

“Xəzər Lənkəran” daha bir yeni transferinə qovuşub. 

İdmanxeber.com-un məlumatına görə, söhbət “Bakı”dan ayrılan Rauf Əliyevdən gedir.

O, ötən gün yeni komandasının Sloveniyadakı axşam məşqində iştirak edib.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu “Xəzər Lənkəran”ın toplanış müddətində transfer etdiyi 4-cü futbolçudu. Fernando Qabriel, Qalin İvanov, Alfred Sanko və Rauf Əliyevlə yanaşı komanda fasilə dönəmində Rəşad Sadıqov və Aleksandr Şemonayevi də heyətinə qatıb.

Maraq üçün bildirək ki, XL “Bakı”dan yarımmüdafiəçi Əfran İsmayılovu da heyətinə qatıb və onun da tezliklə yeni klubunun düşərgəsinə qoşulması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43