"Xəzər Lənkəran” bu ilin səs-küylü transferlərindən olan Əfran İsmayılovu əvəzedici komandaya göndərib.
İdmanxeber.com-un məlumatına görə, Əfran dünən əvəzedicilər arasında Azərbaycan çempionatının ilk turunda AZAL-a qarşı keçirilən oyunda iştirak edib. İsmayılovun əvəzedici komandaya göndərilməsinə səbəb onun “Xəzər Lənkəran”ın təlim-məşq toplanışlarında iştirak etməməyidi. Viza problemi səbəbindən komandaya gec qoşulan Ə.İsmayılov "ağ-yaşıllar"ın Bakıda keçirdiyi hazırlıqlarda iştirak etmişdi.