“Xəzər Lənkəran” Mustafa Dənizlinin istefasından sonra boş qalmış baş məşqçi postuna Oğuz Çətinio gətirdi.
İdmanxeber.com-un məlumatına görə, sözügedən xəbər artıq Türkiyə mətbuatını zəbt edib.
Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu açıqlamasında bildirib ki, Çətinlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, klubla müqaviləsi qalan Mustafa Dənizlinin XL-də hansı vəzifəni tutacağı məlum deyil.