Kateqoriyasız

”Xəzər Lənkəran”a Avropa Klublar Assosiasiyasından sevindirici xəbər

9-10 sentyabr tarixində İsveçrənin Cenevrə şəhərində Avropa Klublar Assosiasiyasının Baş Assambleyasının iclası keçirilib.

214 futbol klubunun nümayəndələrinin dəvət olunduğu iclasa ilk dəfə olaraq "Xəzər Lənkəran" Futbol Klubu da dəvət edilib. İclasda klubumu lisenziyalaşdırma üzrə menecer Elvin İsmixanov təmsil edib. Qeyd edək ki, "Xəzər Lənkəran"la assosiasiya arasında cari ilin əvvəlindən əməkdaşlıq həyata keçirilir. Baş Assambleyanın iclasının yekunlarını əks etdirən media-relizdə təşkilata yeni qoşulan klublar üzvlükləri rəsmən təsdiqlənib. Quruma yeni üzv olan 19 klubun sırasında "Xəzər Lənkəran"ın da adı yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43