Ölkə futbolu

“Xəzər Lənkəran”a istirahət yoxdur

Topaz Premyer Liqasının XVII turu çərçivəsində ötən gün “Rəvan”ı minimal hesabla məğlub edən “Xəzər Lənkəran” istirahətsiz məşq edəcək. “Ağ-yaşıllar” bu gün saat 16:30-da oyunsonrası bərpa məşqini keçirəcək.

Dekabrın 17-də və 18-də isə iki gün ardıcıl olaraq intensiv məşqlərlə Cənub təmsilçisi ilin son matçı olan “Sumqayıt”la oyuna hazırlaşacaq. Dekabrın 19-da oyunöncəsi son məşqini keçirəcək Mustafa Dənizlinin komandası, ertəsi gün dekabrın 20-də (XVIII tur) “Fırtınalar meydanı”nda “Sumqayıt” klubunu qəbul edəcək.

Sarı vərəqə limitini dolduran kapitan Rahid Əmirquliyev 2013-cü ilin son qarşılaşmasını buraxmalı olacaq.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43