14 Dekabr 2024
Premyer Liqa

“Xəzər Lənkəran”a məğlubiyyət prezidenti əsəbləşdirdi: “Bu q….ni bizim oyunlara təyin etməyin”

Premyer Liqanın X turu çərçivəsində nominal meydan sahibi kimi “Simurq” “Xəzər Lənkəran”ı Bayılda qonaq etdi.

Sözügedən qarşılaşmanın ilk hissəsini qalib qapayan Zaqatala klubu bu üstünlüyünü matçın sonuna kimi saxlaya bilməyib. Nəticəsə ikinci yarıda iki qol vuran Cənub klubu 3 xalı çətinliklə də olsa qazanıb.

Öncədən də xəbər verdiyimiz kimi sözügedən oyunda gərginlik son həddə idi. Matçın “ipi”ni əlində saxlaya bilməyən baş hakim Rauf Cabbarovun verdiyi səhv qərarlar Zaqatala klubunun prezidenti Anar Bəkirovu yaman əsəbləşdirmişdi. “Simurq”un başqanı  “demişəm axı, bu q….ni bizim oyunlara təyin etməyin” – deyərək, əsəblərini cilovlaya bilmədi. 

Ümumilikdə isə matçın baş hakimi Rauf Cabbarovun 90 dəqiqə boyunca verdiyi qərarları özündən başqa kimsə anlaya bilmirdi. 

mənbə və foto: idmanxeber.com




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43