30 Dekabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”da “Böyük oyun” öncəsi istirahət

Premyer Liqanın  IV turunda “Qarabağ”la səfər oyununda 0:1-hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb.

İdmanxeber.com-un məlumatına görə, cənub təmsilçisi dünən və bu ügn olmaqla 2-gün ərzində istirahət edəcək. Sentyabrın 15-də komanda yenidən Lənkəranda bir araya gələcək. Bununla da “Ağ-yaşıl”lar mövsümün ilk “Böyük oyun”unun hazırlıqlarına doğma şəhərdə start verəcək.

Xatırladaq ki, Premyer Liqanın V turu çərçivəsində, sentyabrın 20-də “Xəzər Lənkəran” səfərdə “Neftçi” ilə qarşılaşacaq. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43