Premyer Liqanın XVI turunda “İnter”in qonağı olacaq “Xəzər Lənkəran” ciddi itki ilə üzləşib.
Belə ki, komandanın aparıcı üzvü Alvaro Silva AZAl-la oyunun 65-ci dəqiqəsində sarı kart alaraq cəzalı duruma düşüb. Sözügedən futbolçu paytaxt klubuna qarşı forma geyinə bilməyəcək.