Qış fasiləsində təlim-məşq toplanışı keçmək məqsədi ilə Antalyaya yollanan “Xəzər Lənkəran” klubu itki ilə üzləşib.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, cənub təmsilçisinin gənc qolkiperi Orxan Sadıqlı zədəsi səbəbindən məşqləri buraxmalı olub. Qolkiperin zədəsi ciddi olduğundan yanvar ayının 9-da ayağından əməliyyat olunacaq. Sadıqlı ən az 1 ay yaşıl meydanlardan uzaq qalacaq.