"Xəzər Lənkəran" Futbol Klubu yarımmüdafiəçi Rəşad Sadiqovun keçidini rəsmiləşdirdi.
İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu karyerası ərzində "Şəfa", "MOİK", "Qarabağ" klublarında top qovub, son iş yeri isə paytaxtın "Neftçi" klubu olub. 2006-cı ildən etibarən Azərbaycan milli komandasının şərəfini qoruyur.
Futbolçu ilə "Xəzər Lənkəran" FK arasında 2 illik müqavilə imzalanıb.