08 Sentyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”da dərd üstünə dərd: biri gəlməmiş biri gedir

Həftəsonu “Araz Naxçıvan”ı doğma azərkeşlər önündə qəbul edəcək “Xəzər Lənkəran” hazırlığlarını itkilərlə davam etdirir. 

İdmanxeber.com-a klubun mətbuat xidmətində verilən məlumata görə, komandanın heyətində zədəli futbolçulardan  Alfred Sanko artıq zədəsini sağaldıb və “Araz Naxçıvan”la oyunda iştirak edə biləcək. Sankodan fərqli olaraq Orxan Sadıqov ayağındakı çat üzündən ən az 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bunlardan başqa kor bağırsağından əməliyyat olunan Fernando Gabriyel isə ən yaxşı halda 2 həftə sonra komandasına kömək edə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43