18 Noyabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”da gərgin günlər: İstefalar başlayır – ÖZƏL

“Xəzər Lənkəran”da Oğuz Çətin dönəmi sona yaxınlaşır.

İdmanxeber.com-un məlumatına görə, yay transfer pəncərəsində heyətinə kifayət qədər güclü və bahalı futbolçular qatan Cənub klubu ondan gözlənilən etimadı doğrultmur. Əldə etdiyimiz məlumata görə, rəhbərlik türkiyəli mütəxəssisə dekabra kimi şans verəcəyini bildirsə də,  hələ ki, göstərilən oyun və qazanılan nəticələr onun kürsüsünü tezliklə tərk edə biləcəyinə işarədi. 

Dünən Zaqatalada alınan yenilginin ardından Çətinə son xəbərdarlıq olunub. Əgər qarşıdakı iki turda da komanda göstərilən nəticələri verməyəcəyi təqdirdə dekabrı gözləməyə lüzum qalmayacaq və Oğuz Çətin köməkçisi Mustafa Əksisoy tutduğu vəzifədən istefaya göndəriləcəklər. 

Türkiyəli mütəxəssisin Lənkəranda ya davam, ya tamamı üçün 2 həftə vaxtı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43