“Xəzər Lənkəran”da gözlənilən iclas baş tutub.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub klubunun prezidenti bu gün komandayla birgə iclas keçirdib. Klubun mövsümün startından bu yana 3 oyunda cəmi bir xal toplaması və digər problemlər müzakirə olunub.
İclasda futbolçular Mənsimova hər hansı bir problemlərinin olmadıqlarını və qarşıdakı matçlrda dönüş edəcəklərinə dair söz veriblər. Komadanın aparızı üzvləri – Rəşad Sadiqov və Rahid Əmirquliyev bütün futbolçular adından M.Mənsimova növbəti matçlarda dönüş edəcəklərinə dair söz veriblər.
Bir saatdan çox davam edən iclas az öncə yekunlaşıb.