Sadio Tounkara və Embilla Etame hələ də “Xəzər Lənkəran”ın düşərgəsinə qoşulmayıb.
İdmanxeber.com-un məlumatına görə, bir müddətdir ki, Türkiyənin Ərzurum bölgəsində yeni mövsümün hazırlıqlarına başlayan Cənub klubu bu iki legionerinin yolunu gözləyir.
Klubun mətbuat xidmətindən idmanxeber.com-a verilən məlumata görə, futbolçular iyulun 4-ünə kimi düşərgəyə qoçulması gözlənilir. Əgər bu müddətə kimi bu iki legioner komandaya qoşulmasa o zaman klub ciddi tədbirlər görməli olacaq.