10 Oktyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”da iki günlük istirahət

Azərbaycan Premyer Liqanın 6-cı turunda “Zirə”yə 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” qısa müddətli istirahətə çəkilib.
 
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda sentyabrın 30-da Lənkəranda toplaşacaq və “Qəbələ” ilə səfər oyununun hazırlığına start verəcək.
 
Oktyabr ayının 3-də Qəbələyə yola düşəcək “Xəzər Lənkəran” oyunöncəsi son məşqini də Qəbələdə keçirib, oyun saatını gözləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43