Sadio Tounkara və Mbilla Etame hələ də “Xəzər Lənkəran” Sloveniyanın Toplise şəhərindəki təlim-məşq toplanışına qatılmayıb.
İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun verdiyi məlumata görə, Mbillanın yaxın günlərdə məşqə qoşulacağaı gözlənilsə də, Tounkarayla bağlı məsələ tamam başqadı.
Tounkara ümumiyyətlə "Xəzər Lənkəran"ın düşərgəsinə gəlməyəcəyini bildirib. Malili futbolçunun menecerinin çıxardığı hoqqalar səbəbindən "Xəzər Lənkəran" yarımmüdafiəçidən FİFA-ya şikayət edib.
H.Cəbrayıloğlu Tounkarayla bağlı məsələyə belə aydınlıq gətirib:
"Tounkaranın meneceri öncə onun maaşını düz vermədiyimizi önə çəkmişdi. İndi bu məsələnin keçmədiyini görüb mətbuata açıqlama verir ki, "Xəzər Lənkəran"la futbolçunun heç bir müqaviləsi qalmayıb, bitib. Qətiyyən bu belə deyil. Sadionun FIFA müqaviləsi var və 2016-cı ilə kimi bizə məxsusdu. Buna görə də onu FIFA-ya şikayət etdik".