28 Fevral 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”da problemlər bitmək bilmir: “Böyük oyun”da bu futbolçu da çıxış edə bilməyəcək

“Xəzər Lənkəran” “Neftçi”ylə prinsipial matça ciddi itkilərlə çıxa bilər.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, Skarlatakenin oynamayacağı öncədən bilinirdisə, “İnter”lə matçda zədə alan Rauf Əliyev və Qalin İvanovun son durumu da müəyyənləşib. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza verdiyi açıqlamada Raufun böyük ehtimalla oynamayacağını bildirib. Əliyevin “İnter”lə matçda aldığı zədə ona “Böyük oyun”da meydana çıxmağa mane olur. 

Digər zədəli Qalin İvanov isə böyük ehtimalla noyabrın 24-də baş tutacaq oyunda meydana çıxa biləcək. 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı saat 17:00-da başlayacaq.

Vüsal Mirzəyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43