Kifayət qədər itkisi olan "Xəzər Lənkəran" klubunun daha iki futbolçusu cəzalı duruma düşüb.
İdmanxeber.com-un məlumatına görə, "Qarabağ"la görüşdə(2:3) sarı vərəqə alan Rəşad Sadiqov və Tyeqo Xesus limiti doldurublar. Bu səbəbdən cəzalı duruma düşən futbolçular gələn tur AZAL-la matçı buraxmalı olacaqlar.