"Xəzər Lənkəran" Türkiyənin Ərzurum şəhərində hazırlıqlarını davam etdirir.
İdmanxeber.com sportal.az-a istinadən xəbər verir ki, daha bir futbolçu komandadan gedə bilər. Məhz bir neçə müddətdir, komandanın hücumçusu Mbilla Etame təlim-məşq toplanışında iştirak etmir. Belə ki, hücumçunun müqaviləsi başa çatıb və o, "Xəzər Lənkəran"la razılığa gələ bilmir. Hazırda da tərəflər arasında danışıqlar davam edir.