Kateqoriyasız

“Xəzər Lənkəran”da şok ayrılıq: Qol silahı komandadan gedib?

"Xəzər Lənkəran" Türkiyənin Ərzurum şəhərində hazırlıqlarını davam etdirir.

İdmanxeber.com sportal.az-a istinadən xəbər verir ki, daha bir futbolçu komandadan gedə bilər. Məhz bir neçə müddətdir, komandanın hücumçusu Mbilla Etame təlim-məşq toplanışında iştirak etmir. Belə ki, hücumçunun müqaviləsi başa çatıb və  o, "Xəzər Lənkəran"la razılığa gələ bilmir. Hazırda da tərəflər arasında danışıqlar davam edir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43