Topaz Premyer Liqasının 10-cu turunda “Simurq” üzərində qələbə qazanan “Xəzər Lənkəran” artıq “Neftçi” ilə sabahkı Superkubok matçını düşünür. Lakin cənub klubu oyuna heç də ideal heyətdə çıxa bilməyəcək. Çünki braziliyalı hücumçu Junior Nildo zədə ucbatından sabahkı qarşılaşmanı buraxacaq. Məsələ burasındadır ki, Nildo təkcə bu matçda deyil, ümumiyyətlə, oktyabr ayında meydana çıxa bilməyəcək. Bunu klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib. Onun sözlərinə görə, dizində ağrılar olan Nildo 10 gün müalicə alacaq və daha sonra MRT-si çəkiləcək. Məhz həmin vaxt onun nə vaxt məşqlərə başlayacağı dəqiqləşəcək. Hətta Nildonun bu il oynamamaq ehtimalı da var. (forvard)
“Xəzər Lənkəran”da ŞOK!: Nildo bu il oynamayacaq?!
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43