Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində səfərdə “Qəbələ”nin qonağı olacaq “Xəzər Lənkəran sözügedən oyunun hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, Cənub təmsilçisinin heyətində bir müddətdir ki, zədəli olan Orxan Sadıqlı artıq sıraya dönüb. Skarlatake və Elnur Cəfərovun zədəsi isə hələ davam edir.
Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” matçı fevralın 19-da baş tutacaq.