“Xəzər Lənkəran” Premyer Liqanın XII turunda qarşılaşacağı “İnter”lə oyuna hazırlaşır.
İdmanxeber.com-un məlumatına görə, Cənub komandasında zədəli olan Ağabala Ramazanov və Cahangir Həsənzadə artıq məşqlərə başlayıb.
Digər zədəli Uğur Pamuk da fərdi məşq edir. Onun da yaxın günlərdə komandayla birgə məşqlərə başlayacağı bildirilir.
Qeyd edək ki, “ağ-yaşıllar” “İnter”lə oyundna öncə AZAL-la yoxlama oyunu keçirəcək.