Kateqoriyasız

“Xəzər Lənkəran”da son nöqtə qoyuldu: 3 illik müqavilə

“Xəzər Lənkəran” Futbol Klubu və gənc qapıçısı Orxan Sadıqlı arasında yeni müqavilə imzalanıb. Klubun yetirməsi ilə başa çatmaqda olan müqavilənin daha üç il müddətinə artırılması barədə razılıq əldə olunub.

Bununla yanaşı digər qapıçı, Braziliyalı Duqlas Leyte ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilməsi qərara alınıb. “Xəzər Lənkəran” FK Duqlasa burada olduğu müddətdə komandaya etdiyi köməyə görə təşəkkürünü bildirir və ona gələcək karyerasında uğurlar arzu edir!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43