FIFA “Xəzər Lənkəran”a qoyduğu transfer qadağası yanvarın 1-də başa çatır.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu İdmanxeber.com-a açıqlamasında bildirib ki, 600 min dollarlıq cəza ödəniləcəyi təqdirdə komandaya yeni futbolçular cəlb etmək olar:
“FIFA-nın kluba verdiyi cəzanı gələn ay boyunca ödəməliyik. Bunu tam olaraq da etməmək olar. Misal üçün 200 min dollar ödəyib, digər qismini hissə-hissə vermək olar. Hazırda məsələ ilə hüquqşünaslarımız məşğul olur. İnanırıq ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, “ağ-yaşıllar” 600 min dolları 3 sabiq futbolçusu – Renato Keyruş, Eder Bonfim və Qalin İvanova ödəməlidi.