"Slavik Alxasov Mustafa Dənizlinin bizə təqdim etdiyi siyahıda yer alan futbolçulardan biridi. Bəli, Dənizli Slaviki heyətdə görmək istəyir".
Bu sözləri idmanxeber.com-a "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Cənub klubunun rəsmisi daha sonra türkiyəli çalışdırıcının rəhbərliyə təqdim etdiyi siyahıda əsasən gənc futbolçular olduğunu bildirib :
"Əsasən yerli və gənc futbolçular siyahıda yer alıb. Slavikin transferi əgər alınarsa bu o demək deyil ki, əsas heyətdə oynayacaq. Yeni mövsümdə yerli, 21 yaşlı futbolçularla bağlı qərar ver. Ən azı iki 21 yaşlı futbolçu meydanda olmalıdır. Buna görə də bir neçə transferin bundan sonra reallaşacağını gözləmək olar. Əsasən də 1995-ci il, Premyer Liqa təcrübəsi olan futbolçuları heyətimizdə görə bilərsiz. Bundan əlavə Mario Souza da məşqçiyə 5-6 futbolçu təqdim edib".