26 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”da zədə epidemiyası

“Xəzər Lənkəran” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, Lənkəran klubunun “Sumqayıt”dan icarədən qayıdan futbolçusu Uğur Pamuk məşq zamanı zədələnib. Komandanın məşqini yarımçıq dayandıran Pamukun azı 3 həftə “ağ-yaşıllar”a kömək edə bilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, zədəlilər sırasında Alfred Sanko, Cahangir Həsənzadə və Əfran İsmayılov da var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43